Ukraynanın məşhur “Multiplex” kinoteatrlar şəbəkəsi Azərbaycan xalqının bu ölkəyə dəstəyi ilə bağlı videomaterial hazırlayıb.
Referans xəbər verir ki, görüntülərdə məhv edilmiş Ukrayna şəhərləri ilə yanaşı Qarabağda ermənilər tərəfindən dağıdılmış Ağdam şəhəri də təqdim olunur.
Videoda Ukrayna ilə Azərbaycanın eyni problemi yaşadığı və aqressiyaya məruz qaldığı vurğulanır. Kadrlarda Rəşid Behbudovun Ukrayna mahnısı olan “Ruşnik” ifası səsləndirilir.
2 dəqiqəlik sənədli film kimi hazırlanan video bu gün dünyanın müxtəlif ölkələrində eyni anda yayımlanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta