AZ

Kömür dövrü bitir, bundan sonra ucuzlaşma olacaq

ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

2025-ci ildə həm enerji kömürü, həm də metallurgiya sənayesində istifadə olunan kokslaşan kömürün dünya bazarlarında ucuzlaşacağı gözlənilir.

Modern.az xəbər verir ki, bu barədə “Kept” konsaltinq şirkətinin hesabatında qeyd olunub. Analitiklərin qiymətləndirməsinə görə Avstraliya enerji kömürünün Newcastle limanında FOB əsasında orta illik qiyməti ötən illə müqayisədə 21 faiz azalaraq  tonu 108 dollar  səviyyəsində olacaq.

Qiymətlərin enməsinə əsas səbəb kimi anormal isti qış, Çində kömür ehtiyatlarının artması və bərpa olunan enerji mənbələrinin genişlənməsi göstərilir.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Proqnozlara görə bu ilin ən aşağı qiyməti ikinci rübdə olacaq – 103 dollar. İlin ikinci yarısından etibarən qiymətlər qismən artsa da bahalaşmanın zəif olacağı bildirilib.

“Kept” hesab edir ki, 2029-cu ilə qədər kömürün orta illik qiyməti 2024-cü ilin səviyyəsini keçməyəcək. Həmin il üçün proqnoz 117 dollar təşkil edir ki, bu da 2022-ci ilin rekord qiymətindən (365 dollar/ton) təxminən 3 dəfə azdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
278
27
modern.az

10Mənbələr