
Amerikanın “Qualcomm” korporasiyası “Android” smartfon prosessorlarında bir neçə təhlükəli boşluq aşkar edib və onları aradan qaldırıb.
Yeniavaz.comxəbər verir ki, bu barədə “TechCrunch” nəşri qeyd edib.
Qeyd edək ki, “Qualcomm” dünyanın ən böyük mobil çip istehsalçısıdır. Şirkətin mütəxəssisləri onlarla çipdə bir sıra boşluqları, o cümlədən üç ədəd sıfır günlük boşluqları aradan qaldıran patç buraxıblar. Bu,patçlər hələ buraxılmamış sistem qüsurlarının adıdır. Problemlər hələ fevral ayında məlum olub.