AZ

MMA döyüşçüsü dopinqdə ilişdi – Bu cəza verildi

Qarışıq döyüş növləri (MMA) üzrə ukraynalı döyüşçü İvan Paşiç antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə yarışlardan kənarlaşdırılıb.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Dopinq Test Agentliyinin (ITA) saytında bildirilib. İdmançının dopinq nümunəsində qadağan olunmuş meldonium preparatı aşkar edilib.

Təhlil 30 sentyabr 2022-ci ildə Qarışıq Döyüş Növləri üzrə Avropa Çempionatının keçirildiyi Lignano Sabbiadoroda (İtaliya) aparılıb.

Seçilən
28
2
publika.az

10Mənbələr