AZ

ANAMA bu sahibkardan 390 min manatlıq təkər alır

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) fərdi sahibkar Sabir Təvəl Fərəzliyevlə satınalma müqaviləsi bağlayacaq. 

Valyuta.az xəbər verir ki, ANAMA sahibkardan nəqliyyat vasitələri və texnikalar üçün təkər almağı planlaşdırır. 

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 390 379,4 manatdır. 
Sabir Fərzəliyev iş adamı Tahir Fərzəliyevin qardaşıdır. Tahir Fərzəliyev bir neçə il öncə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 6 229 manat cərimə olunması ilə gündəmə gəlmişdi. 

Həmin vaxt yayılan məlumatlarda deyilirdi ki, Tahir Fərzəliyev Türkiyə istehsalı olan mühərrik yağlarını idxal edərək istehlakçılara Yaponiya istehsalı kimi təqdim edib. Eləcə də onun İranda istehsal olunan və Azərbaycana idxal etdiyi məhsulların qablaşdırmalarının üzərində mənşə ölkəsi barədə təhrif edilmiş məlumatların olması və bununla da, haqsız rəqabətə yol verməsi əlamətləri aşkar edilib. Bununla bağlı iş qaldırılıb. İşə baxılmanın nəticəsi olaraq, sahibkara maliyyə sanksiyası tətbiq edilib və haqsız rəqabətə yol verməməsi barədə göstəriş verilib.

Hüseyn

Seçilən
57
3
valyuta.az

10Mənbələr