AZ

MMA döyüşçüsünə buna görə cəza verildi

Qarışıq döyüş növləri (MMA) üzrə ukraynalı döyüşçü İvan Paşiç antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə yarışlardan kənarlaşdırılıb.
ONN media xəbər verir ki, bu barədə Beynəlxalq Dopinq Test Agentliyinin (ITA) saytında bildirilib. İdmançının dopinq nümunəsində qadağan olunmuş meldonium preparatı aşkar edilib.
Təhlil 30 sentyabr 2022-ci ildə Qarışıq Döyüş Növləri üzrə Avropa Çempionatının keçirildiyi Lignano Sabbiadoroda (İtaliya) aparılıb.
21 yaşlı döyüşçünün 4 il müddətinə diskvalifikasiya edilməsi qərarı Beynəlxalq Qarışıq Döyüş Növləri Federasiyasının (IMMAF) qərarı əsasında İTA tərəfindən qəbul edilib
Seçilən
145
onn.az

1Mənbələr