AZ

“Araz Vadisi İqtisadi Zonası”nda boya fırçası istehsal ediləcək

Bakı. Trend:

“Desen MM” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadiZonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan “ArazVadisi İqtisadi Zonası” Sənaye Parkının rezidentliyi statusuverilib.

Bu barədə Trend İZİA-ya istinadən xəbər verir.

Məlumata görə, yeni qeydiyyata alınan rezident tərəfindən sənayeparkının ərazisində boya fırçası və boya rulosu istehsal ediləcək.Layihənin investisiya dəyəri 1,9 milyon manat təşkil edir.

Bildirilib ki, Türkiyə və Çinin qabaqcıl texnologiyalarındanistifadə ediləcək müəssisədə istehsal olunacaq məhsulların daxilibazara satışı ilə yanaşı, ixracı da həyata keçiriləcək.

Qeyd edək ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkındahazırda 17 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkara isəqeyri-rezidentlik statusu verilib. Sənaye Parkında görülmüş işlərəsahibkarlar tərəfindən 35 milyon manatdan çox investisiyayatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb.

Seçilən
89
18
az.trend.az

10Mənbələr