AZ

Türkiyədə güclü YANĞIN

Kocaelinin Çayırova ilçəsinin Şekerpınar məhəlləsində yerləşən bir firmaya məxsus palet saxlama sahəsində bu gün səhər saatlarında yanğın baş verib.

News24.az xəbər verir ki, Muhsin Yazıcıoğlu küçəsində yerləşən obyektin ərazisində saat 10:00 radələrində başlayan yanğın qısa müddətdə genişlənib. Hadisə ilə bağlı dərhal əraziyə itfaiyə və təcili tibbi yardım qrupları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində intensiv işlər aparılır. Hadisənin səbəbi və mümkün itkilərlə bağlı rəsmi açıqlama verilməyib.

Aqil

Seçilən
95
50
news24.az

10Mənbələr