AZ

Portuqaliya bunu 25 il sonra bacardı - 40 yaşlı Ronaldunun sayəsində

Portuqaliya Millətlər Liqasının yarımfinalında Almaniya üzərində qələbə qazanıb.

Fanat.Az xəbər verir ki, Münhendə baş tutan görüş 2:1 hesabı ilə portuqaliyalıların xeyrinə başa çatıb.

"Opta"nın məlumatına görə, pireneylilər 25 ildən sonra ilk dəfə almanlara qalib gələ bilib. Portuqaliya bundan əvvəl 2000-ci ildə keçirilən Avropa çempionatının oyununda Almaniyaya (3:0) qalib gəlmişdi. O vaxtdan bəri komandalar 5 oyunda üz-üzə gəlmiş və hamısında almanlar qələbə qazanmışdı:

09.07.2006 - DÇ: Almaniya - Portuqaliya 3:1
19.06.2008 - AÇ: Portuqaliya - Almaniya 2:3
09.06.2012 - AÇ: Almaniya - Portuqaliya 1:0
16.06.2014 - DÇ: Almaniya - Portuqaliya 4:0
19.06.2021 - AÇ: Portuqaliya - Almaniya 2:4

Son matçda qələbə qolunun müəllifi 40 yaşlı hücumçu Kriştianu Ronaldu olub.

Mirağa

Seçilən
133
fanat.az

1Mənbələr