AZ

Deşam: “İspaniya millisi dünyanın ən yaxşı komandasıdır”

Fransa yığmasının baş məşqçisi Didye Deşam UEFA Millətlər Liqasının yarımfinalında İspaniya millisi ilə oyundan gözləntisini açıqlayıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən 56 yaşlı fransız mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Hazırda İspaniya yığması, sözsüz, dünyanın və Avropanın ən yaxşı komandasıdır, özü də ancaq ona görə yox ki, sonuncu Avorpa Çempionatını qazanıb. İspaniya yığmasının yeni məşqçisi və müxtəlif keyfiyyətlərə malik yeni oyunçuları var. Onlar topa nəzarətdə həmişə yaxşı olublar, amma indi onların yeni güclü tərəfləri ərsəyə gəlib, xüsusən də hücumda, Lamin Yamalın və Niko Uilyamsın simalarında onlar çox cəld oyunçular qazanıblar”, deyə Deşam vurğulayıb.

İspaniya – Fransa oyunu bu gün, iyunun 5-də Ştutqartın “Ştutqart Arena” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Seçilən
92
2
arena.az

10Mənbələr