Rusiya İranın qaz layihələrinə səkkiz milyard dollar sərmayə qoyacaq.
Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazım Cəlali deyib.
“İki ölkə arasındakı razılaşmalara uyğun olaraq, Rusiya İranın qaz layihələrinə səkkiz milyard dollar sərmayə qoyacaq”, - diplomat bildirib.
Onun sözlərinə görə, məbləğin bir hissəsi (təxminən beş milyard) artıq müqavilələrdə nəzərdə tutulub. Qalan müqavilələr yekun təsdiqini gözləyir.
Səfir həmçinin qeyd edib ki, Tehran yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinin səfərini gözləyir.