AZ

PSJ ukraynalı müdafiəçini bu qiymətə alır - SON DURUM

"Bornmut"un ukraynalı mərkəz müdafiəçisi İlya Zabarnı PSJ-yə keçmək üzrədir.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən Paris klubuna yaxın mənbə kimi tanınan jurnalist Mark Meçenua yayıb. 

Xəbərə görə, "albalılar" bu transfer üçün Fransa nəhəngindən 50 milyon avro tələb edirlər. Mənbə Zabarnının komandanın 31 yaşlı kapitanı Markinyosun əvəzləyicisi qismində heyətə qatılacağını vurğulayıb.

Qeyd edək ki, 22 yaşlı Zabarnının "Bornmut"la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Ukrayna millisinin üzvünün transfer qiymətini 40 milyon avro ilə dəyərləndirir.

Nihat
 

Seçilən
67
fanat.az

1Mənbələr