Komitə sədri ölkələrimiziniqtisadi və siyasi müstəqillik kimi məsələlərə yüksək dəyər verməsindən söz açıb, bir çox qlobal əhəmiyyətli layihələrdə, eləcə də Orta Dəhlizin reallaşması çərçivəsində birgə səylərini yüksək dəyərləndirib. O, Azərbaycan və Çin arasında uğurlu əməkdaşlığın, o cümlədən parlament müstəvisində əlaqələrimizin inkişaf etdirilməsibarədə fikirlərini səsləndirib.
Çin Xalq Siyasi Məşvərət Şurasının Quanqdonq Əyalət Komitəsinin sədri LinKeqing göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edib, səfəri ilə bağlı xoş təəssüratlarını bölüşüb. Ölkələrimiz arasındakı yüksək siyasi dialoqun iqtisadi-ticari münasibətlərə və digər sahələrdə əməkdaşlığın inkişafına müsbət təsir etdiyini bildirən qonaq qarşılıqlı-faydalı əməkdaşlığımızınperspektivlərindən danışıb.
Sonra Milli Məclisin Çinlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ziyad Səmədzadə Çin iqtisadiyyatının üzünəməxsus cəhətlərinə diqqət çəkib, onun qlobal iqtisadiyyatda artan rolundan danışıb.
Söhbət zamanı iki ölkə arasında münasibətlərin dərinləşməsində parlamentlərin də vacib rolu qeyd edilib, ikitərəfli münasibətlərin bir sıra istiqamətlərdə inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Görüşdə deputatlar Naqif Həmzəyev, Səbinə Salmanova, Fatma Yıldırım, Göydəniz Qəhrəmanov, Çin nümayəndə heyətinin üzvləri və digər şəxslər iştirak ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31