AZ

Milli Məclisin deputatı Macarıstanda Qərbi Azərbaycan icmasına həsr olunan konfransda iştirak edəcək

Bakı. Trend:

Milli Məclisin deputatı, parlamentin Qərbi Azərbaycana Qayıdışüzrə Təşəbbüs Qrupunun üzvü Qaya Məmmədov iyunun 9-da MacarıstanınBudapeşt şəhərinə səfərə gedəcək.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, səfərdə deputat Azərbaycanın Macarıstandakısəfirliyinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin vəMacarıstan Xarici Əlaqələr İnstitutunun birgə təşkilatçılığı iləBudapeştdə keçiriləcək və Qərbi Azərbaycan icması, işğaldan azadedilmiş ərazilərin minalardan təmizlənməsi məsələlərinə həsrolunmuş beynəlxalq konfransda iştirak edəcək.

Qeyd edilib ki, səfər iyunun 10-da başa çatacaq.

Seçilən
203
2
az.trend.az

10Mənbələr