AZ

Xanzadyanın ardıcılları Babəkə və İlham Əliyevə qarşı - Alqış Həsənoğlunun məqaləsi

Diktator , despot...

Azərbaycan liderinə ünvanlanan iftiranın ritorikasımənə 1980-ci ildə Sov.İKP Mərkəzi Komitəsinə, Siyasi Büroya və Azərbaycan KP MK-ya müraciət etmiş şovinist erməni yazıçısı Sero Xanzadyanın qəzəbli və qərəzli şikayət tərzini xatırladır.

Sero Xanzadyan mərkəzi hakimiyyətdən nə istəyirdi?

Onu belə özündən çıxaran səbəb nə idi?

Həmin ərəfədə nələr baş verirdi ki, yerdən-göydən əli üzülən erməni yazıçısı Moskvaya üz tutmaq məcburiyyəti ilə üzləşmişdi?

Əhvalat beləydi:1980-ci ildə Azərbaycanın xalq şairi Rəsul Rza “Sosialist əməyi qəhrəmanı adına” layiq görülür. Və erməni xisləti buna dərhal reaksiyaverir.

Mərkəzi Komitəyə etdiyi şikayətdə Xanzadyan sübut etməyə çalışırdı ki, Rəsul Rzanın belə yüksək fəxri adla təltif edilməsi düzgün deyil.

Çünki Rəsul Rza “Babək” ( “Xəyanətin qurbanı”) adlı poema yazıb. Və o, əsərdə milliyyətcə erməni olanSəhl Sumbatı xəyanətkarlıqda suçlayıb.

Bu, bütünlükdə erməni xalqını təhqir etməyə bərabərdir. Kommunist Partiyasının internasionalist xəttinə ziddir və s..

Və Xanzadyan xüsusi vurğulayır ki, ümumiyyətlə, Babəki müsbət qəhrəman kimi təsvir etmək yolverilməzdir.

Onun adının respublika rayonlarından birinə verilməsi, haqqında film çəkilməsi çox böyükideoloji-siyasi qüsurdur.

Yazıçı ciddi-cəhdlə car çəkir ki, Babək insan əti yeyən qatil, qaniçən bir despotdur.

İlk baxışda adama elə gəlir ki, Babəkiqaralayan Sero Xanzadyan Azərbaycanın xalq sairi ilə yalnız satqın xəyanətkar Səhl Sumbatın hesabını çürüdür.

Amma yox.

Əlahəzrət məntiqbaşqa şey deyir.

Xanzadyanın hədəfi əsla Babək deyildi.

Hədəfolaraqheç Rəsul Rza daseçilməmişdi.

1975-ci ildə “Babək” rayonunu yaradan kim idi? Heydər Əliyev.

“Babək” filminin çəkilişinə xeyir-dua verən kim idi? Heydər Əliyev.

“Babək” poemasının müəllifini “Sosialist Əməyi Qəhrəmanı” fəxrı adına təqdim edib, mərkəzi hakimiyyəti bu barədə qərar qəbul etməyə inadla və israrla razı salan kim idi? Heydər Əliyev.

Sero Xanzadyanın hədəfi - Azərbaycan KP MK-nın birinci katibi, Siyasi Büronun üzvlüyünə namizəd Heydər Əliyev idi.

Təbii ki, Sero Xanzadyan o vaxt Heydər Əliyevdən Heydər Əliyevə şikayət ərizəsi yaza bilməzdi!...

Azərbaycan oğlunun dayandığı siyasi mövqeermənilərə o imkan tanımırdı.

Heydər Əliyev 70-ci illərdə mili siyasi dirçəlişin konturlarını cızırdı, - imperiya sahibinin iti nəzərindən ustalıqla yayınaraq.

Azərbaycan xalqının tarixi şəxsiyyətlərini (Babək kimi) daha parlaq və daha cazib obrazda xalqa yenidən təqdim edirdi, - milli şüuru canlandırmaq üçün....

Və tarixlə kifayətlənməyib, intellektual, yenilikçi (Rəsul Rza kimi) ziyalıların yaranmasına təkan verirdi.

Xalqın əxlaqına, ruhuna, mətanət, dirəniş, mübarizlik, yenilməzlik aşılayırdı.

Əsrlər boyunca Erməni kilsəsi ətrafında birləşən və kilsə tərəfindən idarə olunan Şərə qarşı Azərbaycan türkü yalnız 70-ci illərdən başlayaraq Heydər Əliyevin dərin zəkası və qüdrətli əli ilə iqtisadi, siyasi və sosial baxımdan böyük sürətlə təşkilatlanırdı.

Seçilən
76
50
aznews.az

10Mənbələr