AZ

Rabatda “Mərakeşli uşaqların gözü ilə Azərbaycan” rəsm müsabiqəsinin bağlanış mərasimi keçirilib - FOTO

Rabatda

Bu gün Rabatın ən səfalı guşələrindən biri olan Nəbatat Bağında “Mərakeşli uşaqların gözü ilə Azərbaycan” adlı uşaq rəsm müsabiqəsinin bağlanış mərasimi keçirilib. RabatdaTədbir Azərbaycanın Mərakeşdəki Səfirliyi, Aqdal-Riyad Rayon Şurası və Arribat Mərkəzinin birgə təşkilatçılığı ilə, Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Əlahəzrət Vəliəhd Şahzadə Moulay Əl Həsənin doğum günü münasibətilə baş tutub.Müsabiqə Azərbaycan və Mərakeş arasında mədəni mübadilənin və dostluğun gözəl bir nümunəsi kimi dəyərləndirilib. Tədbir zamanı qaliblər mükafatlandırılıb. Birinci yerə El Mehdi Ait Lasri layiq görülüb. O, Azərbaycan mədəniyyətində qonaqpərvərlik və şirinlik rəmzi olan ənənəvi pəhləvanı təsvir etdiyi rəsmi ilə münsiflər heyətinin rəğbətini qazanıb. Rəsmi orijinallığı, incəliyi və verdiyi emosional istiliklə seçilib.İkinci yerə İbtissame Menay, üçüncü yerə isə Həmzə Lambarki El Allioui və Zeynəb Bouhamidi layiq görülüblər. Qaliblərə sertifikatlar, hədiyyələr və pul mükafatları təqdim olunub.Ulusum.az

Diqqət Çəkənlər

Sabir Rüstəmxanlı ilə 15 Cildlik Əsərlərin Sehrli Dünyasına Səyahət - VİDEO

“Sülhü Təkcə Rusiya İstəyir” – Makqreqordan Qərb və Kiyevə Sərt Mesaj

Baydendən sərt reaksiya: “Qərarları özüm verdim, autopen söhbəti cəfəngiyyatdır!”

Seçilən
274
4
ulusum.az

10Mənbələr