Amerika liderinin sözlərinə görə, o, Mertslə müntəzəm olaraq Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı məsələləri müzakirə edir. “Biz bunun bitməsini istərdik, bəlkə də bitəcək. Döyüşlərin olacağına dair xəbərlər var. Bir neçə gün əvvəl nəsə olub”, - deyən Tramp nə özünün, nə də Almaniya kanslerinin bundan məmnun olduğunu qeyd edib. “Ancaq mən hesab edirəm ki, son nəticədə biz qan tökülməsini dayandırmağa nail olacağıq”, - Ağ Evin sahibi vurğulayıb.

Həmçinin Donald Tramp Ukrayna ilə bağlı razılaşma olmayacağı təqdirdə Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazır olduğunu və özü üçün son tarix təyin etdiyini açıqlayıb.