AZ

Maliyyə naziri gələn illə bağlı tapşırıqlar verdi

İyunun 5-də Azərbaycan Maliyyə Nazirliyində keçirilən növbəti kollegiya iclasında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 2024-cü ildə görülmüş işlər, əhalinin sağlamlığının qorunması sahəsində ötən il həyata keçirilmiş tədbirlər, cari məsələlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Bu barədə Publika.az-a Maliyyə Nazirliyindən bildirilib.

Nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında maliyyə naziri, Kollegiyanın sədri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə həyata keçirilən uğurlu və məqsədyönlü siyasət 2024-cü ildə ölkənin hərtərəfli inkişafına, sosial-iqtisadi sahədə dayanıqlı artımın və makroiqtisadi sabitliyin təmin olunmasına mühüm töhfə verib. Bu amillər dövlət büdcəsinin icrasına da müsbət təsir göstərərək, həm gəlir və xərclər üzrə proqnozların tam yerinə yetirilməsinə, həm də fiskal intizamın qorunmasına və maliyyə mövqelərimizin daha da möhkəmlənməsinə şərait yaradıb.

Kollegiya iclasında 2024-cü ilin dövlət büdcəsinin icrası barədə məsələlərə toxunulub, dövlət büdcəsinin mədaxilinin 37,2 milyard manat olmaqla, proqnoza qarşı 774 milyon manat və ya 2,1 faiz çox icra edildiyini bildirilib. Ötən ilin dövlət büdcəsinin xərcləri isə proqnozun 95 faizi həcmində və ya 37,7 milyard manat icra edilib. Dövlət büdcəsinin kəsri isə nəzərdə tutulan proqnozdan 2,8 milyard manat və ya 83,5 faiz az olub.

Maliyyə naziri bildirib ki, il ərzində dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulan bütün dövlət vəzifələrinin və sosial proqramların, o cümlədən müdafiə, milli təhlükəsizlik, işğaldan azad edilmiş ərazilərin bərpası, sosial təminat və əhalinin sosial müdafiəsinin gücləndirilməsi, biznesə iqtisadi dəstək tədbirləri, habelə təhsil, səhiyyə, investisiya, mədəniyyət, idman və digər sahələrdə zəruri xərclərin maliyyələşdirilməsi tam və vaxtında təmin edilib.

Qeyd olunub ki, dövlət büdcəsinin icrası çərçivəsində il ərzində xəzinədarlıq orqanları tərəfindən ümumilikdə 1 milyon 587 min ödəniş sənədi icra olunub.

S.Babayev dövlət maliyyəsinin idarə olunmasında müasir texnologiyaların tətbiqi və rəqəmsallaşmanın sürətləndirilməsinin vacibliyini vurğulayıb, Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xəzinə xidmətlərinin keyfiyyətinin və operativliyinin artırılması, risk əsaslı avtomatik ödəniş sisteminin qurulması, ödəniş prosesinin sadələşdirilməsi və elektronlaşdırılması istiqamətində müvafiq tapşırıqlar verib.

Eyni zamanda, nazir risk əsaslı qiymətləndirmə meyarları əsasında ödənişlərin icrasını təmin etmək məqsədilə Dövlət Maliyyə Nəzarəti Xidməti ilə birgə fəaliyyətin təşkil edilməsinin zəruriliyini qeyd edib, bu mexanizmin tətbiqi nəticəsində büdcə vəsaitləri üzərində nəzarətin daha da gücləndiriləcəyini vurğulayıb.

Seçilən
73
50
publika.az

10Mənbələr