"Sihirli annem” filmində “Perihan” obrazını canlandıran aktrisa Gül Onat layihənin qala gecəsinə qatıla bilməyib.
"Unikal" xəbər verir ki, 71 yaşlı aktrisa sosial şəbəkədə bunun səbəbini izah edib:
"Təəssüf ki, premyerada iştirak edə bilmədim. Çox ağır əməliyyat keçirdim. 3 gün həkimim icazəsi ilə filmdəki səhnələrimizi çox qısaldaraq çəkə bildik. Dualarınızı gözləyirəm, sevgi ilə öpürəm".
Onat mədəaltı vəzi xərçəngi ilə mübarizə aparır.