Oyundan sonra komandanın qapıçısıCavidan Hüseynzadənin fikirlərini öyrəndik:
“Oyun çox maraqlı keçdi. Aşağı liqa oyunu olduğunu demək olmaz. Qarşılıqlı hücumlar, çıxarılan toplar. Nə yalan deyim, qolu mən vurmamışam. Sadəcə, kameralarda elə görünür. Yüngülvari topa toxundum. Qol Elcan Xəlilovun adına yazıldı. Bizim üçün əsas olan əziyyətimizin bəhrəsini görmək idi. Bunu da bacardıq. Bizə hər bir şəraiti quran rəhbərliyə də minnətdarlığımı bildirirəm. Məşqlərdə heç qabağa çıxmıram, qol vurmağa cəhd etmirəm. Şans idi, çıxdım qabağa, Allahin işi idi. Şans bizim tərəfdə oldu”.
MÜZƏFFƏR QULUZADƏ