AZ

İsveçrədə istehlak qiymətləri ucuzlaşıb

Bakı. Trend:

İsveçrədə may ayında istehlak qiymətləri ötən ilin eyni dövrüilə müqayisədə 0,1 faiz ucuzlaşıb.

Trend xəbər verir ki,İsveçrənin Federal Statistika İdarəsinin məlumatına görə, bu2021-ci ilin martından bəri qeydə alınan ilk deflyasiyadır.

Ötən ay ölkədə nəqliyyat xidmətlərinin qiymətləri 3,7 faiz,məişət malları və xidmətlərinin qiymətləri 2,6 faiz, ərzaq vəalkoqolsuz içkilərin qiymətləri 0,3 faiz ucuzlaşıb. Eyni zamanda,alkoqolu içkilərin və tütün məmulatlarının qiymətləri 1,6 faiz,restoran və mehmanxana xidmətləri 1,3 faiz, kommunal xidmətlər vəenerji qiymətləri isə 1,1 faiz bahalaşıb.

Qida və enerji xərclərini nəzərə almayan əsas inflyasiyagöstəriciləri apreldə 0,6 faizdən may ayında 0,5 faizə enib.

Xatırladaq ki, “Trading Economics” platformasının təqdim etdiyiekspert konsensus proqnozu da aprel ayındakı sıfır dəyişikdən sonramay ayında istehlak qiymətlərinin 0.1 faiz ucuzlaşacağını nəzərdətuturdu.

Seçilən
70
5
az.trend.az

10Mənbələr