AZ

“İnter”i tərk etmək qərarına gəldi

“İnter”in baş məşqçisi Simone İnzaqi komandadan ayrılıb.

İtaliya klubu onunla əməkdaşlığı qarşılıqlı razılıq əsasında dayandırıb. Qeyd edək ki, İnzaqi 2021-ci ilin yayından “İnter”in baş məşqçisi idi. O, Milan təmsilçisi ilə 1 dəfə A seriyasının, 2 dəfə İtaliya kubokunun, 3 dəfə isə İtaliya Superkubokunun qalibi olub.

Yeri gəlmişkən, tanınmış insayder Fabritsio Romanonun yaydığı xəbərə görə, italiyalı mütəxəssis karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. O, uzun müddətdi təklif aldığı “Əl-Hilal”la razılaşıb. İnzaqinin yeni klubu ilə 3 illik müqavilə imzalayacağı bildirilib.

Seçilən
302
9
football-plus.az

10Mənbələr