AZ

İki yeniyetmə erməni azaraq Azərbaycan ərazisinə KEÇDİ

Ermənistanın Sünik rayonunun (Zəngəzur) Tex kəndindən olan iki azyaşlı Azərbaycan ərazisinə keçib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
 

Belə ki, 6 iyun 2025-ci il tarixində saat 01:20 radələrində Aravus kəndi yaxınlığında Tex (Dığ - red.) icmasının sakinləri Karen Armenoviç Cangiryan (27 iyun 2007-ci il təvəllüdlü) və Andrey Armenoviç Qyaqunts (13 yanvar 2008-ci il təvəllüdlü) azıb və Azərbaycan ərazisinə keçiblər.


Məlumatda qeyd olunur ki, hazırda vətəndaşların olduğu yerin müəyyən edilməsi və təhlükəsiz qayıtmaları üçün bütün zəruri tədbirlər görülür.

Həmin yeniyetmələrin ərazidə mal-qara otardıqları bildirilir.

Bizim.Media

Seçilən
79
50
bizim.media

10Mənbələr