
Bakıda quldurluq etməkdə təqsirləndirilən Leyla Zülfüqarovanın cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq, Leyla Zülfüqarova 8 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Leyla Zülfüqarova tanışları ilə birgə metronun "20 Yanvar" stansiyasında bir nəfərə quldurluq etməkdə təqsirləndirilir. İttihama görə, o, sevgilisi və onun dostları ilə birgə qısqanclıq zəminində tanışlarına qarşı quldurluq edərək zərərçəkənin telefonlarını və pulunu alıb, əldə olunan pulu şəxsi məqsədlər üçün istifadə ediblər. Digər şəxslərin cinayət işi üzrə ayrı məhkəmə prosesi keçirilir. Leyla Zülfüqarova Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə təqsirləndirilib.Ulusum.az
Diqqət Çəkənlər
Baydendən sərt reaksiya: “Qərarları özüm verdim, autopen söhbəti cəfəngiyyatdır!”
BioNTech və BMS 11,1 milyardlıq əməkdaşlıqla xərçəng dərmanı üzərində işləyir
SOCGOV 2025: Azərbaycanda Süni Zəka və Transformasiya üzrə Beynəlxalq Konfrans