AZ

Ançelotti ilk oyununda qələbə qazana BİLMƏDİ

DÇ-2026 seçmə mərhələsinin Cənibi Amerika zonasında 15-ci turun oyunları keçirilir. 

Bizim.Media xəbər verir ki, üç qarşılaşma olub.
 

Yeni baş məşqçi Karlo Ançelottinin rəhbərliyi ilə ilk matçına çıxan Braziliya millisi 2-ci pillədəki Ekvadorun müqavimətini qıra bilməyib - 0:0.


Seçmə mərhələnin lideri, mundiala vəsiqəni təmin etmiş Argentina isə birinci hissədə vurduğu qol sayəsində səfərdə autsayder Çiliyə qalib gəlib - 1:0. Argentinalı Lionel Messi 57-ci dəqiqədə meydana daxil olub. Bu qələbədən sonra dünya çempionları seçmə mərhələnin sonuna üç tur qalmış Cənubi Amerika zonasında 1-ci yeri də təmin ediblər.

Bu gecə daha iki oyun olacaq: Kolumbiya - Peru və Venesuela - Boliviya.

DÇ-2026 seçmə mərhələsi

Cənubi Amerika zonası, 15-ci tur

Paraqvay - Uruqvay 2:0

Ekvador - Braziliya 0:0

Çili - Argentina 0:1.

Bizim.Media

Seçilən
118
10
bizim.media

10Mənbələr