Gəncədə bıçaq xəsarəti alan 14 yaşlı oğlanın son durumu məlum olub.
Gəncə Birləşmiş Xəstəxanasından Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, 05.06.2025-ci il tarixində saat 18:40 radələrində 2010-cu il təvəllüdlü şəxs (kişi cinsli) sol kürək və bazu nahiyəsinin kəsilmiş, deşilmiş yarası (daxilə keçməyən) diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq xəstəxanasına hospitalizasiya olunub:
MÖVZU İLƏ BAĞLI:
Gəncədə 15 yaşlı oğlan həmyaşıdını BIÇAQLADI
"Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb" deyə məlumatda bildirilir.
Qeyd edək ki, ötən gün Gəncədə 15 yaşlı Ümid Əsgərov bıçaq yarası ilə xəstəxanaya çatdırılıb. Yeniyetməyə ilkin tibbi yardım göstərilib, vəziyyəti stabildir. Ü.Əsgərov dostu tərəfindən bıçaqlanıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu