AZ

Qurban bayramında insanların “Əshabi-Kəhf” ziyarətgahına axını – FOTOREPORTAJ

Qurban bayramında insanların Naxçıvanda yerləşən “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə axını müşahidə olunur.

“Report”un yerli bürosu xəbər verir ki, “Əshabi-Kəhf” kompleksi bu il də Naxçıvan Muxtar Respublikasına (MR) gələn yerli və xarici turistlərin ən çox ziyarət etdikləri məkanlar sırasında önə çıxıb.

Dəniz səviyyəsindən 1 665 metr yüksəklikdə yerləşən ziyarətgah Naxçıvan şəhərindən təqribən 12 kilometr aralıda - Culfa rayonundakı Haçadağ və Nəhəcir dağları arasındakı ərazidə yerləşir.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə kompleksdə abadlıq-bərpa işləri aparılıb.

Seçilən
304
6
report.az

10Mənbələr