AZ

“Barselona”ya qayıtmadı

Aleks Valye bu yay “Barselona”ya qayıtmayacaq.
"Football-plus.az" xəbər verir ki, “Komo” icarəyə götürdüyü futbolçunu heyətində saxlayıb. İtaliya klubunun rəsmi saytının xəbərinə görə, 21 yaşlı müdafiəçi birdəfəlik transfer edilib.

İspaniyalı futbolçu ilə müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. “Komo” Valye üçün “Barselona”ya 6 milyon avroluq sərbəst qalma məbləğini ödəyib.

“Komo” Aleksi yanvarda icarəyə götürmüşdü. İspaniya U-21 yığmasının üzvü A seriyası təmsilçisinin heyətində 15 rəsmi matçda meydana çıxıb.

Seçilən
317
football-plus.az

1Mənbələr