"Tesla" məhkəməyə müraciət edərək öz istehsalı olan avtomobillərin iştirakı ilə baş vermiş qəzalarla bağlı təfərrüatı ictimaiyyətə açıqlamamağı xahiş edib.
News24.az bu barədə "Reuters" agentliyinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, ABŞ-də avtomobil qəzaları ilə bağlı hesabatı ABŞ-nin Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi üzrə Milli Administrasiyası dərc edir. Yalnız məhkəmənin qərarı olacağı təqdirdə qurum qəzanı ictimailəşdirməyi dayandıra bilər./oxu.az