BAKI, 6 iyun. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyanla İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, Paşinyan Pezeşkianı Qurban bayramı münasibətilə təbrik edib.
Həmsöhbətlər Ermənistan-İran münasibətlərinin gündəliyi, eləcə də regional təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.