Türkiyə futbolu hazırda tarixinin ən parlaq dönəmlərindən birini yaşayır. Avropanın önəmli çempionatlarında və klublarında bir çox türkiyəli ulduzlara rast gəlmək olar.
Elə son Avropa Çempionatında ən güclü 8 komanda arasına yüksələn və Millətlər Liqasında A liqasına vəsiqə qazanan Türkiyə yığması da indi yaxşı durumdadı. Bəs görəsən ən bahalı türkiyəli futbolçular kimlərdi? Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) ən bahalı türkiyəli futbolçuların siyahısını açıqlayıb.
Maraqlıdı ki, ilk ''10-luq''da yer alanların cəmi 3-ü hazırda Türkiyə çempionatında çıxış edir. Həmin siyahı ilə tanış olaq.
1. Kənan Yıldız (Yuventus) - 97,9 (milyon avro)
2. Arda Gülər (Real) - 90,9
3. Orkun Kökçü (Benfika) - 50,2
4. Kərəm Aktürkoğlu (Benfika) - 40 9
5. Hakan Çalhanoğlu (İnter) - 29,5
6. Can Uzun (Ayntraxt F) - 25,7
7. Barış Alpər Yılmaz (Qalatasaray) - 24,4
8. Fərdi Kadıoğlu (Brayton) - 21,1
9. Yusuf Akçiçək (Fənərbaxça) - 16
10. Semih Kılıçsoy (Beşiktaş) - 14,5
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta