Bir sıra ölkələrdə Yutub videohostinqinin fəaliyyətində problemlər yaranıb.
Axar.az xəbər verir ki, bu barədə “Downdetector” məlumat yayıb.
İstifadəçilərin 3 faizi tətbiqdə nasazlıq olduğunu, 16 faizi videoların başladılmasında, 81 faiz isə sayta girişdə problemlər yaşadığını bildirir.
Ən çox şikayət ABŞ-dan gəlir.