BAKI, 7 iyun. TELEQRAF
FİFA Klublararası Dünya Çempionatında VAR sistemi üçün yeni ofsayd aşkarlama texnologiyasını təqdim edəcək.
Teleqraf FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yeni sistem bir sıra turnirlərində uğurla sınaqdan keçirilib.
Məlumata görə, təzə texnologiya oyunçuların və topun mövqeyini izləyəcək və açıq-aşkar oyundankənar vəziyyət olduğu təqdirdə hakimləri avtomatik xəbərdar edəcək.
Qeyd olunur ki, belə bir dəyişiklik “Nottingem Forest”in hücumçusu Tayvo Avoniyin “Lester Siti” ilə matçda zədələnərək komaya düşməsi kimi xoşagəlməz epizodların qarşısını alacaq.