BMT ekspertləri keçən yay Yer kürəsində təxminən 8,2 milyard insanın yaşadığını təxmin edirdilər, lakin yeni hesablamalar bu rəqəmin dəqiq olmaya biləcəyini göstərir.
Bizim.Media "Naked-science.ru"ya istinadən xəbər verir ki, Finlandiyanın Aalto Universitetinin elmi işçisi Yosias Lanq Ritter və onun həmkarlarının təqdim etdiyi başqa bir metodologiyadan istifadə etsək, Yer kürəsində insanların real sayı xeyli çox ola bilər.
Bunun səbəbi, bəzi ölkələrdə kənd sakinlərinin sistematik şəkildə az sayılması səbəbindən məlumat göstəricilərinin çox vaxt natamam olmasıdır. Tədqiqatçılar "tədqiq edilən məlumatlar arasında böyük uyğunsuzluqlar" tapıblar, yəni "ən dəqiq məlumat sistemində belə kənd əhalisi, bildirilən rəqəmlərlə müqayisədə yarıya qədər az qiymətləndirilib".
Finlandiyalı ekspertlərin rəyini bu yaxınlarda London Kral Universitetinin professoru Mariya Conatan Kennedi dəstəkləyib və o, “əhalinin həddindən artıq çox olması” qorxularının tarixən mütənasiblikdən kənara çıxdığını söyləyib.
BMT-nin məlumatına görə, dünya əhalisinin sayı təxminən 2080-ci illərin ortalarında sabitləşəcək və pik həddinə çatacaq, bundan sonra azalmağa başlayacağı gözlənilir. (publika.az)
Bizim.Media