AZ

Ukrayna Kurskda Rusiya qırıcısını məhv etdi

BAKI, 7 iyun. TELEQRAF

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyaya məxsus Su-35 qırıcı təyyarəsini vurub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

“İyunun 7-də səhər saatlarında Hərbi Hava Qüvvələrinin Kursk istiqamətində uğurlu əməliyyatı nəticəsində Rusiyanın Su-35 qırıcısı vurulub”, - açıqlamada deyilir.

Xatırladaq ki, Ukrayna Milli Təhlükəsizlik Xidməti iyunun 1-də Rusiya aerodromlarında həyata keçirdiyi “Hörmçək toru” əməliyyatı nəticəsində 41-dən çox döyüş təyyarəsinin məhv edildiyini açıqlamışdı.

Seçilən
233
23
teleqraf.com

10Mənbələr