AZ

Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi - Külli miqdarda narkotik tapıldı

Ajans.az xəbər verir ki, əməliyyat nəticəsində Elçin Ağamirzə oğlu Ələkbərov tərəfindən Salyan rayonu Noxudlu kəndi ərazisində köhnə tikilinin içərisində külli miqdarda narkotik gizlədilməsi müəyyən edilib. Orada gizlədilmiş ümumi çəkisi 2 kiloqram 590 qram olan narkotik vasitə (745 qram heroin, 725 qram qurudulmuş marixuana və 1120 qram tiryək) aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Seçilən
196
50
Ajans.az

10Mənbələr