AZ

Bundesver üç il ərzində Almaniya ordusunun tam təchiz olunmasını tələb edib

BAKI, 7 iyun. TELEQRAF

Bundesverin (Almaniya Müdafiə Nazirliyi) Avadanlıq, informasiya texnologiyaları və texniki dəstək üzrə Federal İdarəsinin rəisi Annet Lenik-Emden 2028-ci ilə qədər Silahlı Qüvvələrin tam təchiz olunmasının zəruriliyini bəyan edib.

Teleqraf xəbər verir ki, o, bu barədə “Tagesspiegel” qəzetinə müsahibəsində deyib.

“Tam müdafiə hazırlığı üçün lazım olan hər şey 2028-ci ilə qədər alınmalıdır, əsgərlər yeni avadanlıqla məşq etməlidirlər”, - Lenik-Emden bildirib.

Bundesver rəsmisi bunun üçün böyük məbləğdə pulun lazım olduğunu, qurumun ilin sonuna qədər Bundestaqa 100-ə yaxın satınalma təklifi verəcəyini söyləyib: “Hazırda prioritet irimiqyaslı avadanlıqların alınmasıdır”.

“Tagesspiegel”in yazdığına görə, Bundesverdə satınalmaların sürətləndirilməsi üçün nəzərdə tutulan qanun iyulun 16-da Almaniya Nazirlər Kabineti tərəfindən qəbul edilməlidir.

Hazırda Almaniya Silahlı Qüvvələrinin bütün bölmələrində maddi-texniki təchizat problemi yaşanır. Yeni texnika, sursat və texnologiya almaq lazımdır. Almaniya Quru Qoşunlarının müfəttişi general-leytenant Alfons Maysın sözlərinə görə, 2022-ci ildən ordunun modernləşdirilməsi üçün 100 milyard avro məbləğində xüsusi fond yaradılandan sonra Silahlı Qüvvələrin texnikası təkmilləşməyib.

General etiraf edib ki, alman ordusu dronlardan zəif qorunur.

Seçilən
76
37
teleqraf.com

10Mənbələr