AZ

Dembele sevimli oyunçusunun adını dedi

UEFA Çempionlar Liqasının qalibi olan PSJ klubunun ulduzu Usman Dembele sevimli futbolçusunun adını açıqlayıb.

Fanat.Az xəbər verir ki, 28 yaşlı fransız vinger kumirinin adını "AlbicelesteTalk"-a deyib:

"Sevimli futbolçum Lionel Messidir. O, bütün zamanların ən yaxşısıdır və mənim kumirimdir".

Xatırladaq ki, Dembele 2017-2023-cü illərdə Kataloniya klubunda argentinalı superulduzla birgə çıxış edib. Messi 2021-ci ildə "Barselona"nın sıralarını tərk edib. Hər ikisi İspaniya nəhəngindən ayrıldıqdan sonra PSJ-yə keçib, lakin Parisdə yolları kəsişməyib. Argentinalı 2023-cü ildə "İnter Mayami"yə üz tutub.

Mirağa

Seçilən
65
fanat.az

1Mənbələr