Əvvəllər ABŞ Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik etmiş amerikalı milyarder İlon Maskın komandası rabitə mütəxəssislərinin əvvəlcədən razılığı olmadan Ağ Ev kompleksində "Starlink" peyk rabitəsini quraşdırıb.
Publika.az xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb.
Ağ Ev əməkdaşlarının telefonlarında “Starlink Guest” adlı WiFi şəbəkəsi peyda olub ki, bunun üçün sadəcə parol tələb olunur – istifadəçi adı və ya iki faktorlu autentifikasiya tələb olunmur. Qeyd olunur ki, bu, hətta qonaqların girişinə ciddi nəzarət edilən Ağ Ev standartlarına ziddir.
Eyni zamanda ABŞ Məxfi Xidməti yeniliklərdən xəbərdar olduqlarını və "Starlink"in quraşdırılmasını təhlükəsizlik qaydalarının pozulması hesab etmədiklərini bildirib.