AZ

“Neftçi”dən ayrılan futbolçu “Zirə”yə keçib

Bakı, 8 iyun, AZƏRTAC

“Zirə” yeni futbolçu ilə anlaşıb.

AZƏRTAC xəbər verir ki, "qartallar" Yeqor Boqomolskiylə müqavilə bağlayıb. 25 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, belaruslu futbolçu karyerası ərzində ölkəsinin “Dinamo” (Minsk), “Dinamo”(Brest), “Rux”, “Minsk”, həmçinin Bakının “Neftçi” klubunda da çıxış edib.

Seçilən
287
12
azertag.az

10Mənbələr