Bakı. Trend:
Cüdo üzrə Azərbaycan yığması Almaniyanın paytaxtı Berlindəkeçiriləcək gənclər arasında Avropa Kubokunda çıxış edəcək.
Trend xəbər verir ki,komandamızın heyətində 17 idmançı yer alıb.
Onların arasında yeniyetmələr arasında ikiqat dünya çempionuNihad Məmişov (60 kq), gənclər arasında Avropa çempionatınınqalibləri Nizami İmranov (66 kq) və Süleyman Şükürov (81 kq),həmçinin yeniyetmələr arasında dünya çempionu Cəsur İbadlı (81 kq)da var.
Berlində 37 ölkənin idmançıları çıxış edəcək.
Qeyd edək ki, iyunun 21-22-də keçiriləcək bu turnir gənclərarasında Avropa və dünya çempionatı üçün heyətinmüəyyənləşdirilməsindən əvvəl son sınaq olacaq.