AZ

"Tottenhem"in futbolçularından Postekoqlunun qovulmasına ETİRAZ

"Tottenhem"in baş məşqçi Ange Postekoqlunu istefaya göndərməsi komandanın futbolçularının xoşuna gəlməyib.

Bizim.Media "The Telegraph"a istinadən xəbər verir ki, bu mövsüm Avropa Liqasının qalibi olan London təmsilçisinin üzvləri klub rəhbəliyinin bu qərarından qəzəbləniblər.

Mənbənin məlumatına görə "Tottenhem"in bir çox futbolçusu yay transfer pəncərəsi zamanı komandanı tərk etmək istəyir.

Postekoqlu 2008-ci ildən bəri "Tottenhem"ə ilk tutulu qazandırıb. Onun komandası Avropa Liqasının finalında "Mançester Yunayted"i üstələmişdi - 1:0.

İngiltərə Premyer Liqasında isə komanda 38 xalla 17-ci yerdə qərarlaşıb.

Bizim.Media

Seçilən
120
25
bizim.media

10Mənbələr