Şairə Nazilə Səfərli sosial şəbəkədə rüşvətə görə müəllimləri tənqid edib.
Yenisabah.az xəbər verir ki, o, valideynlərin müəllimlərə hədiyyə verməsinə və təhsil sistemindəki səssizliyə sərt reaksiya göstərib.
"Yaxşı oxuyan şagirdin valideyni rüşvət verməz! Hər dəfə müəllimləri cəzalandırırlar. Ay müəllimlər, o keçdiyiniz dərslərdən birini də özünüzə keçsəydiniz, valideynlər yığışıb sizə dərs keçməzdi. Rüşvət verən valideynlərə bir müəllim həbs tələbi irəli sürsəydi, bu oyunlar olmazdı. Yəni, mənim ağlıma gələn fikir bir müəllimin ağlına gəlməyib?
Biz uşaq olanda elə bilirdik ki, müəllim yemək yemir, yatmır. İndi uşaqlar sizə rüşvət yedirir, həbsə salır. İnnovasiya budur?
Həbs tələb edin, müəllimlər özləri həmin valideynləri ictimailəşdirsini! Amma yox, göz doymur axı... Rüşvət alan da, verən də, təklif edən də cinayətkardır!"
Qeyd edək ki, bu çıxış Tovuzda müəlliməyə zinət əşyası alınması görüntülərinin yayılmasından sonra edilib. Hadisə cəmiyyətdə rezonans doğurub.
Telegram kanalımız