AZ

Mingəçevirdə küçədə kişi meyiti tapıldı

Mingəçevirdə küçədə 41 yaşlı kişinin meyiti tapılıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Kür çayının sağ sahil hissəsində qeydə alınıb.

Küçədə meyiti tapılan şəxsin 1984-cü il təvəllüdlü şəhər sakini Ramin İsmayılov olduğu müəyyən olunub. Əldə edilən ilkin məlumata görə, ölən şəxs həm də içki düşkünü olub. Bununla belə, hadisənin hansı zəmində baş verdiyi hələ ki tam müəyyən edilməyib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Seçilən
396
27
unikal.az

10Mənbələr