AZ

Bakıda 61 yaşlı kişi öldürüldü – 28 yaşlı qadın saxlanıldı

İyunun 8-də saat 1 radələrində paytaxtın Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib.

NOCOMMENT.az qafqazinfo-ya istinadən xəbər verir ki, 28 yaşlı Nigar İbrahimli aralarında yaranmış münaqişə zəminində tanışı 61 yaşlı Hikmət Məmmədova bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilən H.Məmmədov orada ölüb. N.İbrahimlə Hikmət Məmmədovun qeyri-rəsmi nikahda yaşadığı iddia olunur.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə N.İbrahimli saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Seçilən
103
46
nocomment.az

10Mənbələr