Türkiyədə Nallıhan-Beypazarı Dövlət Yolu və Ankara-Eskişehir Dövlət Yolu üzərində tətbiq olunan melodiyalı yol layihəsinə yeni bir marş əlavə olunacaq.

Sherg.az xəbər verir ki, Ulaştırma və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, mövcud yollarda hazırda Mozartın “Türk Marşı”nın çalındığını, indi isə Mehter Marşı üçün hazırlıqların başladığını bildirib.

Nazir, sürücülərin melodiyanı tam eşidə bilməsi üçün saatda sabit 100 km sürətlə hərəkət etməsinin vacibliyini qeyd edib. Həmçinin, melodiyalı yolların daha uzunömürlü olması üçün az nəqliyyat hərəkəti olan, ağır tonnajlı maşınların az olduğu düz və hamar yolların seçilməsinin önəmli olduğunu vurğulayıb.