AZ

Qurban kəsimi zamanı 207 nəfər xəsarət alıb

İstanbulda Qurban bayramının üçüncü günündə qurbanlıq heyvanların kəsimi zamanı 207 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara müraciət edib.

Yenisabah.az xəbər verir ki, bu barədə İstanbul İl Sağlamlıq İdarəsinin müdiri Emre Güner sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bayramın üçüncü günündə qurbanlıq heyvanları özləri kəsməyə çalışan şəxslər ehtiyatsızlıq səbəbindən xəsarət alıb.

Emre Günerin sözlərinə görə, həmin gün İstanbulda ümumilikdə 244 nəfər müxtəlif səbəblərlə tibb müəssisələrinə üz tutub.

Qeyd edək ki, Qurban bayramı günlərində peşəkar olmayan şəxslərin heyvan kəsimi ilə məşğul olması hər il çoxsaylı xəsarətlərlə nəticələnir. Rəsmilər bayram günlərində vətəndaşlara ixtisaslaşmış qurban kəsim məntəqələrindən istifadə etməyi tövsiyə edirlər.

Rəvan Rzazadə


Telegram kanalımız
Seçilən
233
20
yenisabah.az

10Mənbələr