Qeyd olunur ki, təyyarənin göyərtəsində yalan bomba təhdidinə görə məsuliyyət daşıyan şəxs saxlanılıb. Hazırda sərnişinlər standart müayinə prosedurlarından keçirlər.
Ajans.az xəbər verir ki, bu barədə Küveytin Mülki Aviasiya Administrasiyası tərəfindən məlumat verilib. Manamadan Küveytə GF213 reysini yerinə yetirən Bəhreynin “Gulf Air” təyyarəsi hava limanına təhlükəsiz şəkildə enib. Küveyt hakimiyyətinin rəsmi nümayəndəsinin sözlərinə görə, sərnişinlər təxliyə edilərək təcrid olunmuş əraziyə yerləşdirilib. Hadisə nəticəsində zərərçəkən olmayıb, hava limanı fəaliyyətini adi qaydada davam etdirir.