3x3 basketbol üzrə qadın millimiz Avropa Kubokunun (2025) təsnifat mərhələsinin qrup oyununda yerli Kosovo millisinə 22-10 hesabı ilə qalib gəlib.
“Qafqazinfo” xəbər verir ki, bununla da qızlardan ibarət yığmamız yarımfinalda Maltaya rəqib olub.
Yarımfinal oyunu 8 iyun Bakı vaxtı ilə saat 20:40-da baş tutacaq və FIBA-nın rəsmi yutub kanalından canlı yayımlacaq.
***
3x3 basketbol üzrə qadın millimiz Avropa Kubokunun (2025) təsnifat mərhələsinin yarımfinal oyununda Malta seçməsinə 21-11 hesabı ilə qalib gəlib və finalda Kipr millisinə rəqib olub. Final oyunu Bakı vaxtı ilə saat 22:15-da baş tutacaq və FIBA-nın rəsmi yutub kanalından canlı yayımlacaq.
***
3x3 basketbol üzrə qadın millimiz Avropa Kubokunun (2025) təsnifat mərhələsinin final oyununda Kipr seçməsinə 21-18 hesabı ilə qalib gəlib və Avropa Kubokunun (2025) final mərhələsində iştirak etmək hüququ qazanıb. Avropa Kubokunun (2025) final mərhələsi 5-7 sentyabr tarixlərində Danimarkanın paytaxtı Kopenhagen şəhərində baş tutacaq.