AZ

Britaniya elmi-tədqiqata böyük məbləğdə vəsait ayıracaq

Bakı. Trend:

Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz növbəti həftəaçıqlanacaq büdcə planı çərçivəsində elmi-tədqiqat və inkişaf(R&D) sahəsinə 86 milyard funt sterlinq (təxminən 116 milyarddollar) vəsait ayıracaq.

Trend xəbər verir ki, bubarədə ölkənin Elm, İnnovasiya və Texnologiya Departamenti (DSIT)məlumat yayıb. Bildirilir ki, bu maliyyə paketi 2029/2030-cu ilədəkhər il 22,5 milyard funt sterlinqdən artıq məbləğ təşkil edəcək vəyeni iş yerlərinin yaradılmasına, eləcə də iqtisadi artıma təkanverəcək. Vəsait yeni dərmanların hazırlanması, daha uzunömürlübatareyalar və süni intellekt sahəsində nailiyyətlər də daxilolmaqla geniş spektrdə layihələrin maliyyələşdirilməsinəyönəldiləcək.

Rryçel Rivz çərşənbə günü ümumilikdə 2 trilyon funt sterlinqdənçox dövlət vəsaitini müxtəlif nazirliklər arasında bölüşdürəcək. Buqərarlar hökumətdə ilk ilini qeyd edən Leyboristlərin qarşıdakıdörd ildə nələrə nail ola biləcəyini müəyyən edəcək.

Qeyd edək ki, bu açıqlama R.Rivzin ötən həftə İngiltərəninşimalı, Midlend və cənub-qərb bölgələrində şəhərdaxili nəqliyyatlayihələrinə 15,6 milyard funt sterlinq ayırmaq öhdəliyindən sonraverilib.

Seçilən
106
10
az.trend.az

10Mənbələr